Sionist rejim rəsmisi İranın İsrailə hücum edəcəyi təqdirdə Amerikanın dəstəyinə ehtiyaclarının olmadığını iddia edib.
İRNA-nın məlumatına əsasən, İsrail milli təhlükəsizlik şurasının sədri Tzaçi Haneqbi Bild qəzetinə verdiyi müsahibədə bu gün (2 avqust) Tel Əvivin amerikalı qüvvələrə ehtiyaczılığı iddiasının davamında deyib: Bizim heç kəsə, hətta Amerika qüvvələrinə belə ehtiyacımız yoxdur. Amerikalı əsgərlər bizim üçün vuruşmağa məcbur deyillər. Amma İran bizə hücum edərsə, biz Amerikanın dəstəyinə güvənirik.
Haneqbi daha sonra qeyd edib: Şübhəsiz ki, Amerika bizə arxa duracaq. Qəzzə müharibəsi zamanı Vaşinqton bizə daha çox yaxından dəstək oldu. Hətta prezident Co Bayden müharibə zamanı olmasına baxmayaraq İsrailə gəlib təhlükəsizliyimiz üçün qəti dəstək oldu.
Hal-hazırda Ağ Evlə sıx münasibətlərin mövcudluğuna toxunan Haneqbi daha sonra deyib: Bir neçə gün öncə baş nazir Netanyahu Vaşinqtonda idi və bizim dostluğumuz həmişəkindən daha çox səmimidir.