Livanın cənubunda bir avtomobil pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəfə alınıb.
İsrail rejimi Livanın cənubundakı Ras əl-Nakura bölgəsinə pilotsuz təyyarə ilə hücum edərək mülki avtomobili hədəfə alıb.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Livan vətəndaşları və ölkə ordusuna bağlı qüvvələr kömək üçün avtomobilin yanına getməyə çalışsa da, İsrail pilotsuz təyyarəsi onları iki mərhələdə hədəfə alıb.
Hücumla bağlı hələlik ətraflı məlumat verilməyib.
Bir neçə saat əvvəl sionist pilotsuz təyyarə Tel-ən-Nəhas-Kəfr Kala yolunda Livan vətəndaşının üzərinə səsli bomba atmışdı.
İsrail rejimi öz qüvvələrinin Cənubi Livandan çıxarılması üçün verilən son tarixə məhəl qoymadan ölkə ərazisindəki 5 məntəqədə mövcudluğunu davam etdirir.