ABŞ-a səfər edən sionist rejimin müharibə naziri Tel Əviv-Riyaz münasibətlərinin normallaşması zəminində müzakirələrində Vaşinqtona açıq-aşkar Ərəbistanın nüvə fəaliyyətindən qorxduğunu bildirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Yoav Qalant və amerikalı əməkdaşı Lloyd Ostin görüş keçiriblər və bu görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, xüsusilə də Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrdə qoyduğu nüvə fəaliyyəti məsələsindən qorxu hisslərini müzakirə ediblər.
İsrailin Kan televiziyası Yoav Qalantın digər ABŞ rəsmiləri ilə də görüş keçirdiyini elan edib və Orta Şərq və İrana qarşı birgə mübarizə məsələləri müzakirə edildiyindən xəbər verib.
Məlumata görə Qalant Ağ Evin koordinatoru Brett McGurgla görüşü zamanı “regionda daha çox müttəfiqlər” qazanmaq üçün İbrahim sazişinin inkişafını da vurğulayıb.
Qalant İsrailin xüsusi hərbi üstünlüyünün qorunmasını vurğulayaraq Səudiyyə Ərəbistanının siyasi münasibətlərin normallaşması üçün qoyduğu şərtdən qorxduğu hisslərini gizlətməyib.
İRNA-nın məlumatına görə hisslərini gizlətməyi bacarmayan Yoav Qalantın görüşlərindən bilafasilə sonra baş nazir Benyamin Netanyahu kabineti başda Səudiyyə Ərəbistanı olmaqla heç bir qonşu ölkənin nüvə fəaliyyətini qəbul etməyəcəyi barədə bəyanat yayıb.