İslam İnqilabının Rəhbəri Ağacəkmə Günü münasibətilə bu gün günorta saatlarında üç fidan əkib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Ayətullah Xamenei ağacların kəsilməsi və kənd təsərrüfatı torpaqlarından sui-istifadə hallarına qarşı xəbərdarlıq edərək deyib: Texniki və zəruri səbəblərdən başqa ağacların kəsilməsi itki və təhlükədir. Meşələrin məhv edilməsi, kənd təsərrüfatı torpaqlarından məqsədsiz istifadənin qarşısı alınmalıdır.
Ayətullah Xamenei bu mövzuda Tehran və bəzi digər şəhərlərdə görülən faydalı işlərə də işarə edərək, əlavə edib: Bu səylər davam etdirilməlidir.