İraq mənbələri İŞİD-in yüksək rütbəli liderinin həbs edilməsi və İraq Xalq Səfərbərlik Qüvvələri tərəfindən ölkənin qərbində İŞİD terror tunelinin aşkarlanması barədə məlumat yayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İraqın Əl Ənbar vilayətindəki iraqlı mənbə İŞİD-in tanınmış liderinin ələ keçirildiyini elan dərək deyib: Ölkənin Xalq Səfərbərlik Qüvvələri Səlahəddin və Ənbar əyalətləri arasındakı səhra bölgələrində tanınmış İŞİD liderini müşahidə edib və bu lider heç bir müqavimət göstərmədən İraq Xalq Səfərbərlik Qüvvələri tərəfindən həbs edilib.
Mənbə həmçinin deyib: Həbs edilən bu İŞİD üzvü bu cinayətkar qruplaşmanın liderlərindən biri və İŞİD-in yüksək səviyyəli simasıdır və onunla birlikdə saxta şəxsiyyət sənədləri aşkar edilib.