Livan ordusu işğal olunmuş Fələstin sərhədlərində sionist rejim ordusu ilə gərginlik yarandığından xəbər verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Livan ordusu bu gün (23 sentyabr) elan edib: İsrail hərbi qüvvələrinə aid bir hərbçi Şəəba əkin sahələrindəki sərhəd xəttini pozmağa cəhd edərək Livan torpağına tüstü bombası atıb.
Livan ordusunun yayımladığı bəyanatda deyilir ki, sionist rejimin bu hərbi aktı əlaqədar qüvvələr tərəfindən gözyaşardıcı qazla zərərsizləşdirililərək İsrail hərbçisinin geri çəkilməsinə səbəb olub.
Sionist rejim hərbi radiosu iddia edib ki, bu akta səbəb Livan tərəfdən bir avtomobilin işğal olunmuş Fələstin sərhədini pozmasıdır.
Unifel sözçüsü bu hadisəyə reaksiyada deyib: Livanın cənub bölgələrində gərginliyi stabilləşdirmək üçün iki tərəflə danışıqlar aparırıq.