Xəbər mənbələri sionistlərin Yəmənin mülki infrastrukturlarına hücumundan bir neçə saat sonra Yəmənin işğal olunmuş Fələstinin dərinliklərinə raketlərlə cavab əməliyyatı həyata keçirdiyini bildirir.
Qafqaz Times -ın məlumatına görə, Yəmən ordusunun işğal olunmuş Fələstin ərazilərinə cavab raket hücumu həyata keçirdiyi barədə xəbərlər yayılıb.
Sionist rejimin ordusu rəsmi olaraq Yəmən ərazisindən atılan raketi aşkarladıqlarını və izlədiklərini bildirib, məskunlaşma yerlərindəki sakinlərə təhlükəsiz sığınacaqlarda qalmağı tövsiyə edib.
İşğal olunmuş Fələstinin müxtəlif bölgələrində hava həyəcan siqnalları eşidildi
Bu hücumun ardınca işğal olunmuş ərazilərin bir neçə bölgəsində hava həyəcan siqnallarının səsləndiyi bildirilib.
Ben-Qurion hava limanında uçuşlar dayandırıldı
Xəbər mənbələrinin məlumatına görə, Yəmən ərazisindən işğal olunmuş Fələstin ərazilərinə raket atışından sonra “Lod” adı ilə tanınan Ben-Qurion hava limanında uçuşlar dayandırılıb.
Yəmən raketlərinin işğal olunmuş Fələstindəki hədəflərə düşməsi ilə bağlı məlumatlar
Yəmən mediası işğal olunmuş Fələstinin dərinliklərindəki hədəflərə dəyən yəmən raketlərinin görüntülərini yayımlayıb.
Eyni zamanda sionist rejimin ordusu Yəmən ərazisindən atılan iki raketi vurmağa çalışdıqlarını bildirib və bu cəhdlərin nəticələrinin araşdırıldığını iddia edib.
Yəmən ordusu hələlik bu cavab əməliyyatı ilə bağlı rəsmi bəyanat yaymayıb.
Bu raket hücumu sionist rejimin bu gün səhər saatlarında Yəmənin üç limanı və bir elektrik stansiyasına yeni hücum həyata keçirməsi fonunda baş verib.
Bu hücum İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri və Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü ərəfəsində baş tutub.