İşğal olunmuş Fələstin ərazisində fəaliyyət göstərən miqrasiya agentlikləri israillilərin köç edəcəyi yerləri tapmaq sahəsində qızğın və gəlirli bir dövr yaşayır.
Qafqaz Times -ın məlumatına görə, “Walla News” – bazar ertəsi – bu barədə bir reportaj dərc edərək başlıqda belə yazıb: “İsraili tərk etməyi düşünürsən? Avropada ən ucuz ölkələrin siyahısı buradadır.”
Həmin mediada yazılıb ki, əgər sən miqrasiya etmək və ya fəaliyyətini və həyatını işğal olunmuş Fələstindən kənara köçürmək qərarına gəlmisənsə, o zaman daha ucuz ölkələri seçmək məsləhətdir.
Bu kontekstdə Litva Avropanın bu sahədə ən ucuz ölkəsi hesab olunur.
İvritdilli mediaya əsasən, çox sayda israilli Avropa ölkələrindən birinin pasportunu daşımaqdan qürur hissi keçirir. Eyni zamanda, bu günlərdə bir çox israilli ciddi şəkildə geriyə miqrasiyanı – yəni İsraildən çıxmağı düşünür. Bu səbəbdən, israillilər üçün müxtəlif miqrasiya istiqamətləri mövcuddur və bu reportajda daha ucuz istiqamətlərə diqqət yetirilir.
“Walla” xəbər saytının təqdim etdiyi məlumatda deyilir ki, hərçənd Meksika dünyada ən çox miqrant qəbul edən ölkə hesab olunur, Avropada isə bu baxımdan ən ucuz ölkə Litvadır. Baltikyanı ölkələr həm də ən ucuz internet tariflərinə sahibdirlər və nəqliyyat baxımından da Avropanın ən ucuz beş ölkəsi arasında yer alırlar.
Evlərin kirayə qiymətləri baxımından Litvadan sonra ikinci yerdə Polşa gəlir.
Qeyd edək ki, bu reportaj ivritdilli mediada, 12 günlük müharibədən sonra çox sayda israillinin İsraili tərk etməyə qərarlı olması və həyatlarını davam etdirmək üçün yeni bir yer axtarmaları fonunda yayımlanıb.
