İraqın keçmiş baş naziri Qəzzə soyqırımına susanlar üçün tarixin özünün qərar verəcəyini qeyd edərək Fələstin xalqının dəstəyində İran və Yəmənin böyük rola sahib olduğunu vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Adil Əbdül Mehdi bu gün (18 may) deyib: İsrail bu müddət ərzində Yəmənlə müharibəni bitirə bilmədi və mühasirəyə aldığı Qəzzədə də uğursuz oldu.
İran-ABŞ müzakirələrinə münasibət bildirən Adil Əbdül Mehdi əlavə edib: İran hal-hazırda apardığı müzakirələrdə 2015-ci ildəkinə nisbətən çox güclüdür.
Sionist rejimlə diplomatic əlaqələri normallaşdıran ölkələri tənqid edən Əbdül Mehdi vurğulayıb: Dünya xalqları bunu qəbul etmir. Normallaşdırma siyasətinin qarşı ölkəni diz çökdürməyə vadar etməkdən başqa heç bir proqramı yoxdur.