İraq İslami Müqavimət dəstələri sionist rejimin Həyfa limanında 2 həssas obyekti dronla hədəfə alıb.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq İslami Müqavimət dəstələri bu gün səhər tezdən (14 oktyabr) bəyanat yayaraq bu xəbəri verib: Dini vəzifəmiz, insani borcumuz naminə Qəzzə və Livanda günahsız insanların qətlinə etiraz və onlara dəstək məqsədi ilə dünən gecə sionist düşmənin Həyfa limanındakı iki həssas möveyinə dronla zərbələr endirdik.
Bu bəyanatla eyni zamanda sionist rejim mediaları da işğal olunmuş Fələstin torpaqlarındakı Həyfa limanı və Keryat Şmunedə təhlükə sirenlərinin işə düşdüyünü elan ediblər.