İraq İslam Müqaviməti bu gün (21 noyabr) bəyanat yayaraq Amerikanın ölkənin qərb bölgəsində yerləşən Eynəl Əsəd hərbi düşəzrgəsinə PUA hücumu etdiyini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, bəyanatda deyilir: Sionist rejimin Qəzzə zolağında bizim ailələrimizə hücumlarının cavabı olaraq İraq İslam Müqavimət dəstələri Amerika işğalçılarının İraqın qərbində yerləşən Eynəl Əsəd düşərgəsini dronlarla hədəfə aldıq.
Son zamanlar Amerikanın İraq və Suriyadakı hərbi baza və düşərgələri müqavimət dəstələrinin PUA və raket hücumlarına qalır. Bunun səbəbi isə ABŞ-ın açıq-aşkar sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək siyasəti kimi qəbul edilir.
Qeyd edək ki, İraq müqavimət qrupları sionist rejimin Qəzzəyə amansız hücumlarından sonra Suriya və İraqda Amerikanın hərbi düşərgələrinə raket və PUA hücumlarını qarşıya məqsəd qoyublar.
1 şərh
Scale across the Multiverse. Build new apps, new economies, new worlds. https://multiversx-aps.pages.dev