İranın “Ofuq” televiziyasına danışan SEPAH-ın ehtiyatda olan briqada generalı Kənani Moqəddəm, İsrailə qarşı həyata keçirilən gizli kəşfiyyat əməliyyatının detalları barədə açıqlamalar verib. O bildirib ki, əməliyyat nəticəsində İsrailin yüksək həssas obyektləri də daxil olmaqla, təhlükəsizlik kameralarından 40 mindən çox saatlıq görüntü materialı ələ keçirilib.
Bundan əlavə, bölgədəki casus şəbəkələrinin hesabları və parolları, eləcə də İsrailin bəyannamə verilmiş və verilməmiş nüvə obyektlərinin dəqiq koordinatları və texniki detalları əldə olunub.
General Moqəddəm həmçinin qeyd edib ki, artıq sionist rejimin nüvə başlıqlarının saxlanıldığı yerlər, eləcə də Mossad-ın bölgədəki gizli qərargahlarının ünvanları İranın əlindədir.