İranın BMT-dəki nümayəndəliyi: Əgər danışıqların məqsədi İranın nüvə proqramının hərbiləşdirilməsi ehtimalı ilə bağlı narahatlıqların aradan qaldırılmasıdırsa, bu müzakirə oluna bilər.
Lakin əgər məsələ İranın sülhsevər nüvə proqramının ləğvidirsə və deyilirsə ki, “Obamanın edə bilmədiyini biz edəcəyik”, belə danışıqlar heç vaxt baş tutmayacaq.
İran hökuməti daim təkrarlayır ki, onların nüvə proqramı tamamilə sülh məqsədləridir və bu proqramın hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılmır. İran nüvə proqramının ləğvi ilə bağlı təklifləri qəti şəkildə rədd edir və bu mövzuda heç bir danışığın baş tutmayacağını bildirir.
Qafqaztimes