Vaşinqtonun imperial ambisiyaları və Təl-Əvivin fanatizmi dünyanı nüvə məhvinin astanasına gətirib çıxarıb. Lakin İranın Avrasiya oxuna inteqrasiyası bəşəriyyətə həyati əhəmiyyətli bir çıxış yolu təqdim edir.
Dünya hazırda nüvə uçurumunun kənarında dayanıb və əgər məsələ təkcə ABŞ və işğalçı İsrail dövlətinin oyunlarına qalsaydı, çoxdan bu alova yuvarlanmışdıq.
ABŞ-İsrailin İrana qarşı birgə hücumundan əvvəl dünya İran İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranı həll etməyə çox yaxın idi. 9 iyun tarixində Rusiya və İran genişmiqyaslı yeni bir saziş imzaladılar. Bu saziş təkcə Qərbi Asiyanın enerji arxitekturasını yenidən qurmaq deyil, həm də müharibə yolundan qurtuluş üçün mühüm çıxış təmin etmək məqsədi daşıyırdı.
Rusiyanın imperiyaya son xəbərdarlığı
Bu sazişə əsasən, Rusiyanın “Rosatom” şirkəti İranda ən azı səkkiz yeni atom reaktoru inşa edəcək. İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirdi: “Rusiya ilə İranın səkkiz nüvə enerji stansiyasının inşası üzrə müqaviləsi var, onlardan dördü Buşəhrdə yerləşəcək.”
Layihə 21 mayda İran parlamenti tərəfindən təsdiqlənmiş 25 illik Rusiya–İran Strateji Hərtərəfli Paktının nəticəsi olaraq meydana gəlib. Bu layihə Rusiya tərəfindən maliyyələşdiriləcək və İrana 10 gigavatdan çox enerji təmin edəcək. Hazırkı planlara əsasən, İran 2041-ci ilə qədər nüvə enerji gücünü 20 min meqavata (20 GW) çatdırmağı planlaşdırır.
Bu sazişdən bir neçə gün əvvəl Moskva ABŞ–İran nüvə danışıqlarının çıxılmaz vəziyyətdən çıxarılması üçün zənginləşdirilmiş uranın İrandan çıxarılıb mülki reaktorlar üçün yanacağa çevrilməsi təklifini irəli sürmüşdü.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 11 iyun tarixində bəyan etdi: “Biz həm Vaşinqtona, həm də Tehrana təkcə siyasi və ideya baxımından deyil, həm də praktik olaraq yardım göstərməyə hazırıq: məsələn, İran tərəfindən istehsal olunmuş artıq nüvə materialının ixracı və onun reaktor yanacağına çevrilməsi.”
Lakin bu təşəbbüs Moskvanın son xoşniyyət aktı oldu. The Cradle xəbər portalının məlumatına görə, Moskva ABŞ və İsrailin sonrakı hücumlarını ciddi xəyanət kimi qiymətləndirdi və bu, Vaşinqtonun sülh niyyətində olmadığına dair illüziyaları tamamilə dağıtdı. Rusiya rəsmiləri bu təcavüzdən sarsılaraq vasitəçi rolundan imtina etməyə və Qərbin eskalasiyasına qarşı Tehranın yanında qətiyyətlə dayanmağa qərar verdilər.
Bəs ABŞ və İsrail niyə məhz bu məqamda eskalasiyanı seçdi? Cavab aydındır: İranın nüvə proqramı heç vaxt əsas məsələ olmayıb.
Təl-Əvivin əsas hesablamasında məsələ İranın sionist və imperial düzənə meydan oxumasıdır. Müqavimət hərəkatlarını dəstəkləməyin də fövqündə, İran Qərb gücünü sarsıtmaqda, dollar hegemoniyasını kənara qoyaraq Avrasiya iqtisadi və strateji ittifaqları qurmaqda mühüm rol oynamışdır.
Bu sistemik təhdidlər və “Tehranın Böyük İsrail layihəsinə – Süleyman Məbədini yenidən tikmək və Yeni Dünya Nizamı qurmaq kimi axırzaman ideologiyası ilə bağlı dini məqsədlərə – tabe olmaqdan imtinası onu Qərbin Qərbi Asiyada planlarına qarşı barışmaz maneəyə çevirib.
İran regionda sabitliyin dayağı olmaqla yanaşı, 1736-cı ildən bəri heç bir müharibəyə başlamayıb və onillərlə davam edən Qərb təxribatına qarşı misilsiz təmkin nümayiş etdirib. O, həmçinin Avrasiya inteqrasiyasının əsas dayağına çevrilmişdir – həm Şərq–Qərb İpək Yolu Təşəbbüsünün (BRI), həm də Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) əsas iştirakçılarından biridir.
Dəmir yolu – çoxqütblü gələcəyin arteriyası
24 may tarixində Çinin Sian şəhərini İranın Aprin Quru Limanı ilə birləşdirən 8.400 kilometrlik yeni dəmir yolu dəhlizi istifadəyə verildi. “Səssiz inqilab” adlandırılan bu dəmir yolu ənənəvi dəniz marşrutlarından 16 gün qazanır və BRI ilə INSTC-ni fasiləsiz birləşdirərək həyati nəqliyyat arteriyasını möhkəmləndirir.
Çinli diplomat Van Venbin bu hadisəni belə xarakterizə edib: “Bu, sülh, inkişaf və əməkdaşlıq üçün udan–udan vəziyyətdir. İrana gedən qatar gələcəyə gedən qatardır.”
Eurasian Times-da Ritu Şarma qeyd edir ki, “Bu dəmir yolu xətti boyunca ABŞ-ın hərbi mövcudluğu olmadığı üçün Tehran Pekindən neft ixrac və mal idxalını Vaşinqtonun nəzarətindən kənarda həyata keçirə bilər.”
Çindən əlavə, İranın Pakistan və Türkiyə ilə bərpa olunmuş dəmir yolu bağlantıları – sonuncusu 2022-ci ildə on illik fasilədən sonra yenidən işə salınıb – İstanbuldan İslamabada malların cəmi 13 günə çatdırılmasına imkan verən 5.981 kilometrlik dəhliz yaradır; bu, dənizlə 35 gün çəkirdi.
Çinin Sincan bölgəsinə qədər uzanan dəmir yolu xətlərinin genişləndirilməsi artıq həyata keçirilməkdədir. Pakistanda standart rels ölçüsünə uyğunlaşdırma işləri və İran–Pakistan seqmentindəki tikinti işləri regionun dəmir yolu infrastrukturunun daha sıx inteqrasiyasını təmin edir. Bu arada, 2001-ci ildə Rusiya, İran və Hindistan tərəfindən qurulan INSTC (Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizi) nəhayət gerçəkləşməkdədir. Bu layihə Xəzər dənizinin hər iki tərəfində ondan çox fəal iştirakçını və Xəzər üzərində multimodal dəniz xətlərini əhatə edir.
Yeni fəaliyyətə başlamış dəmir yolu xətti Pakistan, İran, Türkmənistan, Qazaxıstan və Rusiyanın Ulyanovsk şəhərini birləşdirir və bu, enerji və sənaye məhsullarının birbaşa ticarətini mümkün edir, eyni zamanda Orta Asiya bazarlarına çıxışı genişləndirir.
Cənubda isə İranın Çabahar limanının 700 kilometrlik dəmir yolu bağlantısı ilə Zahidana qədər uzadılması planlaşdırılır. Bu layihə, quru ilə əhatələnmiş Əfqanıstana həyati ticarət çıxışı təmin edəcək və 2026-cı ildə tamamlanması planlaşdırılır. Lakin Hindistanın ABŞ–İsrail təcavüzünü qınamaqdan boyun qaçırması layihənin gələcəyinə kölgə salır.
IMEC və imperiya xülyaları
Bu transformativ Avrasiya dəhlizləri ilə müqayisədə, ABŞ-ın dəstəklədiyi Hindistan–Yaxın Şərq–Avropa Dəhlizi (IMEC), 2023-cü ildə istifadəyə verilsə də, geosiyasi bir farsa (Ciddiliyini itirib mənasız hala salmaq) çevrilib.
Çin öz vizyonunu güclü milli bankçılıq və real infrastrukturla dəstəkləyərkən, Hindistan, İsrail və Aİ-nin rəhbərlik etdiyi IMEC konsorsiumu iki il ərzində gözəgörünən heç bir infrastruktur layihəsi həyata keçirməyib. Kredit mexanizmlərindən, enerji planlamasından və iri logistik strukturlardan məhrum olan bu layihə, əslində, sadəcə bir “Müasir Ədviyyat Yolu” imici ilə bəzədilmiş marketinq dəyənəyindən başqa bir şey deyil.
Bu uğursuz təşəbbüs Qərbin rəhbərlik etdiyi “İpək Yolu” təqlidlərinin uzun siyahısına qoşulur: “Yaşıl Kəmər Təşəbbüsü”, “Dünyanı Daha Yaxşı Yenidən Qur” layihəsi, 600 milyard dollarlıq “Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı”, və 300 milyard avroluq “Qlobal Qapı” planları. Hamısı eyni səbəbə görə çökdü: Qərbin qurmaq qabiliyyətini itirməsi.
Onillərlə davam edən sənayesizləşmə, ucuz işçi qüvvəsinə asılılıq və kazino kapitalizmi nəticəsində transatlantik iqtisadiyyatlar artıq istehsal edə, inşa edə və ya strateji plan qura bilmirlər – yalnız zəif ölkələrin məhvi sayəsində birtərəfli hegemoniyanı qorumağa çalışırlar.
BRICS+ və Yeni İqtisadi Nizam
Buna qarşılıq olaraq, BRICS+ ölkələri tam fərqli bir irs təklif edir. Təkcə Çin son iyirmi ildə 42.000 kilometrlik yüksək sürətli dəmir yolu çəkib, dünyanın yeganə işlək maqlev dəmir yolu sistemini yaradıb və onlarla müasir şəhər salıb.
O, kvant hesablamaları, kosmik elmlər və nüvə enerjisi sahəsində liderlik edir – 2035-ci ilə qədər 150 yeni reaktor inşa etməyi planlaşdırır. Onun dövlət institutları özəl sektora nəzarəti saxlayır, fərqli olaraq deregulyasiya olunmuş Qərbdən.
Rusiya ilə birlikdə Çin, daha kasıb ölkələrə real texnologiya transferləri və əməkdaşlıq əsaslı inkişaf modelləri təqdim edir və bu da həmin ölkələrin tam spektrli, suveren iqtisadiyyatlar qurmasına imkan yaradır.
Bu arada ABŞ dollar sisteminin dayağı olan 1.2 kvadrilyon dollarlıq törəmə maliyyə köpüyü çökməyə yaxındır. Yeni sistem gəlməkdədir. Sual budur: onu kim dizayn edəcək və kimə xidmət edəcək?
Rusiya və Çin artıq aydın şəkildə İranın yanında olduqlarını bəyan ediblər, İsrailin təcavüzünü pisləyiblər və gərginliyin azaldılmasını tələb ediblər. ABŞ Prezidenti Donald Tramp belə, az da olsa təmkinli davranmağa işarə vurub – “ən azı iki həftə gözləyəcəyini” və diplomatiyanın bərpası istiqamətində jest etdiyini bildirib.
Ərəb ayırımı: çoxqütblülük, yoxsa qulluq?
Uğur qismən hələ də birtərəfli və çoxqütblü düşərgələr arasında tərəddüd edən Qərbi Asiya, Asiya-Sakit Okean və Afrika ölkələrinin iradəsindən asılıdır. Son illərdə İran Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə, Küveyt və Misir kimi sünni rəhbərlikli dövlətlərlə yaxınlaşma təşəbbüsləri ilə çıxış edib və ortaq sivilizasiyaya əsaslanan çoxdan gözlənilən bir müsəlman koalisiyasının ümidlərini artırıb.
Lakin onlara etibar etmək olarmı? Bəşər Əsəd, Müəmmər Qəddafi və ya Səddam Hüseyndən soruşun.
Kim necə düşünürsə düşünsün, Qərbin imperial cinayətlərinə görə üzr istəməsinin vaxtı çatıb. İran qanı və suverenliyi bahasına çox ağır bədəl ödəyib və Təl-Əviv rəhbərləri yəhudiliyin gələcəyinə və işğalçı dövlətin özünün yaşamasına tarixdəki istənilən düşməndən daha çox zərər vurmuş ola bilərlər.
Əgər nüvə müharibəsinin qarşısı alınarsa, çoxqütblü ittifaq artıq sağ qalmaq, yeni inteqrasiya olunmuş iqtisadi nizamı möhkəmləndirmək və onun təməlini İrana sadiq strateji tərəfdaşlıqla bərkitmək məcburiyyətindədir.
Əgər Qlobal Cənubun tərəddüd edən ölkələri prinsip, suverenlik və uzaqgörənlik əvəzinə imperiyaya qulluq yolunu seçsələr, ədalətli və post-imperial bir gələcəyə gedən yol hələ uzun müddət əlçatmaz qala bilər.
Mənbə: The Cradle
