İranın Ali Dini Lideri Ayətullah Əli Xamenei İsrailin son təcavüzünə İran xalqının “sakit, cəsur və vaxtında” cavabını alqışlayıb, bunu xalqın yetkinliyi və mənəvi gücünün sübutu adlandırıb.
Televiziya ilə yayımlanan çıxışında Ayətullah Əli Xamenei bildirib:
“İran milləti məcbur edilmiş müharibəyə necə qətiyyətlə qarşı durursa, məcbur edilmiş sülhə də eyni qətiyyətlə müqavimət göstərəcək. Bu xalq heç vaxt təzyiqlərə boyun əyməyəcək.”
O, ABŞ-a da sərt xəbərdarlıq edib:
“İranın tarixini və xalqını tanıyanlar təhdid dili ilə danışmamalıdır. Amerikalılar anlamalıdır – hərbi müdaxilə geri dönməz ziyanlar gətirəcək.”
Ali Liderin ABŞ-a mesajı:
“Onlar bilməlidirlər ki, İran təslim olmayacaq və ABŞ-ın istənilən hücumu ciddi, düzəlməz nəticələrə gətirib çıxaracaq.”