İran XİN sözçüsü sionist rejimin Qəzza və Livanda yeni təcavüzkarlıqlarını pisləyərək bu zolağa humanitar yardımların çatdırılmasına maneçiliklərin dünya ictimaiyyəti və beynəlxlaq təşkilatları ciddi tədbirlər görməyə çağırıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İsmail Bəqai bu gün (25 aprel) BMT Təhlükəsizlik Şurasının bu cinayətlərlə bağlı passivliyini tənqid edərək, sionist rejimə silah yardımını davam etdirən ABŞ və bəzi Avropa ölkələrini sionist rejimin törətdiyi cinayətlərdə şəriki adlandırıb.
İsmail Bəqai həmçinin sionist rejimin qaçqın düşərgələrinə hücumlarını gücləndirməklə yanaşı, Qəzzə zolağının blokadasının davamında humanitar yardımların qarşısının alınmasını insanlığa qarşı cinayətin aşkar nümunəsi adlandırıb.
İran XİN sözçüsü sionist rejimin başçılarının soyqırım və müharibə cinayətlərinə görə mühakimə və cəzalandırılması üçün qətiyyətli qlobal addım atmağa çağırıb.