İran XİN mətbuat katibi Dəməşq ətrafında baş vermiş terror partlayışını sərt tənqid edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani bu gün (27 iyul) 5 nəfərin şəhid olması və 7 nəfərin yaralanması ilə nəticələnən Dəməşqin cənubunda yerləşən Seyyidə Zeynəb məntəqəsində baş vermiş terror partlayışını pisləyib.
Xatırladaq ki, bu terrakt son iki gün ərzində Dəməşqdə ikinci terror partlayışıdır. Çərşənbə axşamı günü də Dəməşq polis idarəsindəki qaynaqlar paytaxtın cənubunda Seyyidə Zeynəb məntəqəsində baş verən terraktda iki nəfər yaralanmışdı.
Suriya XİN-i bəyanat yayaraq bu terraktların ABŞ və Avropa ölkələrinin qoyduğu sanksiyaradan əziyyət çəkən məhrum Suriya xalqının terraktların son dərəcə zülmkarlıq olduğunu elan edib.