İranın XİN başçısı Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Feysəl bin Fərhan ilə görüşüb və danışıqlar aparıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Seyid Abbas Əraqçi bu gün (10 may) ərəbistanlı həmkarı ilə ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirədə əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb.
İran XİN başçısı həmçinin ərəb dünyasının Qəzza zolağında baş verən hadisələrə qarşı birgə və effektiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edərək Səudiyyə tərəfini Vaşinqton və Tehran arasında aparılan dolayı danışıqların son vəziyyəti barədə məlumatlandırıb.