Qafqaztimes xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian cümə günü Azərbaycan Respublikasına səfərdən qayıtdıqdan sonra şəxsi “twitter” səhifəsində yazıb: “Bakıya rəsmi səfər zamanı münasibətlərin yeni mərhələsi barədə razılıq əldə olunub. Cənab İlham Əliyevlə səmimi görüşdə münasibətlərin “yol xəritəsi” gözəl şəkildə tərtib edildi.”
O, əlavə edib: “Həmkarım cənab Ceyhun Bayramov və parlamentin sədri ilə faydalı məsləhətləşmələr apardım. Orada yaşayan iranlılarla səmimi görüşüm isə mənim bu səfərimi təkmilləşdirdi. Qonşuluq siyasətinin qorunması bizim üçün prioritetdir.”
Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çərşənbə günü Bakıya bir günlük səfər etmiş, səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdür.