İran və Rusiyanın Azərbaycandakı səfirləri Abbas Musəvi və Mixail Yevdokimov Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər.
Bu barədə İranın Azərbaycandakı səfirliyinin Mətbuat Xidməti “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, diplomatlar Cənubi Qafqazla yanaşı, Yaxın Şərq, İsrail-Fələstin münaqişəsi ətrafında da fikir mübadiləsi aparıblar.
