İranın BMT-dəki daimi nümayəndəsi ölkəsinin Tel Əvivə dünənki əməliyyatında İsrailin təhlükəsizlik və hərbi mövqelərinin hədəfə alınması barədə Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
Əl Aləm telekanalının məlumatına əsasən, Əmir Səid İrəvani bu gün səhər (2 oktyabr) Təhlükəsizlik Şurasına məktub yazaraq İranın sionist rejim əleyhinə cavab əməliyyatında hədəfə alınmış mövqelərin təhlükəsizlik və hərbi mövqelər olması barədə bildiriş verib.
Məktubda bu əməliyyatın beynəlxalq qanunlara uyğun həyata keçdiyi vurğulanaraq yazılır: İran İslam Respublikası 2024-ci il iyun ayının 31-də yazılmış ərizəyə əsasən yerli vaxtla ötən gün (1 oktyabr 2024-cü il) İsrail rejiminin hərbi və təhlükəsizlik mövqelərini hədəfə aldı.
Məktubda həmçinin deyilir: Bu əməliyyat BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun və İranın özünümüdafiə hüquqları çərçivəsində sionist rejim təcavüzkarlıqlarına qarşı həyata keçib. Çünki 31 iyul 2024 tarixində sionist rejim İranın ərazi bütövlüyü, suverenliyini pozaraq Həmas lideri İsmail Həniyyənin Tehrandakı iqamətgahına raket hücumu etdi. Həmçinin sentyabrın 17-də ölkəmizin Livandakı səfirinin yaralanması ilə nəticələnən Beyrut kiberhücumlarının, eləcə də 27 sentyabr 2024 tarixində Hizbullah lideri Seyid Həsən Nəsrullaha terror hücumlarında şəhid olan general Abbas Nilfuruşanın qətlinin cavabı verilməli idi.