Bu gün Tel-Əviv İranın raket hücumlarının əsas hədəfi olub. İranın yüksək dəqiqliyə malik raketləri şəhərin mərkəzinə birbaşa zərbələr endirib. Al Jazeera-nın məlumatına görə, hücum nəticəsində azı 30 nəfər yaralanıb. İvrit mediası isə hadisə zamanı 3 nəfərin həlak olduğunu və yaralıların sayının 30-a çatdığını bildirib.
Tel-Əvivin müxtəlif nöqtələrində partlayışlar qeydə alınıb və binalarda ciddi dağıntılar meydana gəlib. Şəhərin bəzi hissələri alova qərq olub. Raket zərbələrinin dəqiq görüntüləri sosial mediada yayılır, lakin İsrail mediası bir çox məlumatı ciddi şəkildə senzura edir.
Hadisə, bölgədə gərginliyin yeni mərhələyə keçdiyini göstərir və həm hərbi, həm də siyasi cəbhədə ciddi nəticələrə səbəb ola bilər.