İranı xarici işlər nazirinin müavini İstanbulda “Avropa üçlüyü” dövlətləri xarici işlər nazirlərinin müavinləri arasında görüşün başlamasından xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Kazım Qəribabadi bu gün (16 may) X sosial media hesabında yazıb: Doktor Taxt Rəvançi ilə birlikdə üç Avropa ölkəsinin siyasi liderlərini İstanbulda qəbul etdik. Biz fikir mübadiləsi apardıq və dolayı nüvə danışıqlarının son vəziyyətini və sanksiyaların ləğvini müzakirə etdik. İran və üç Avropa ölkəsi diplomatiyanı qorumaq və optimal şəkildə istifadə etməkdə qərarlıdır. Lazım gələrsə, yenidən bir araya gəlib danışıqları davam etdirəcəyik
Bundan əvvəl İran XİN başçısı Seyid Abbas Əraqçi də Tehranın Avropa ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu qeyd edərək demişdi ki, gərginliyə baxmayaraq, İran-Avropa münasibətlərinin tarixi zəngin təməllərə malikdir.