İran prezidenti Pəzeşkiyan Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında İsrail rejiminə məxsus pilotsuz uçuş aparatlarının və mikro dronların İranın hava məkanına Azərbaycan üzərindən daxil olması ilə bağlı bəzi xəbərlərin araşdırılmasını və dəqiqləşdirilməsini tələb edib.
Prezident Əliyev isə İsrailin Azərbaycan hava məkanından İrana hücum üçün istifadə etməsi ilə bağlı şayiələri təkzib edərək bildirib ki, Azərbaycan dövləti heç vaxt öz hava məkanından dost və qardaş İran İslam Respublikasına qarşı istifadə edilməsinə icazə verməz.