İran XİN diplomatı şəhid olmuş müqavimət liderlərinin dəfn mərasimi üçün Livana səfərindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən,Vəhid Cəlalzadə bu gün (20 fevral) X sosial şəbəkəsindəki hesabında yazıb: İran Parlamenti və XİN nümayəndələri ilə Livan müqaviməti şəhidləri ilə sadiqlik əhdimizi yeniləmək üçün Beyruta yola düşdük. Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddin kimi böyük şəxsiyyətlərin dəfn mərasimi müqavimətin dirçəliş günüdür.
Qeyd edək ki, bundan əvvəl İran XİN başçısı Seyid Abbas Əraqçi də Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiəddinin dəfn mərasimində İranın geniş iştirakını vurğulamışdı.