QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin İran İslam Respublikası Ordusunun 313-cü PUA bazasına səfəri zamanı ilk dəfə olaraq iki yeni nailiyyət nümayiş etdirilib.
İlk nailiyyət Kaman-22 və Fotros PUA-ları ilə daşına bilən “Heydər 1” qanadlı raketidir.
Elan edilən məlumata görə, bu raket 200 kilometr uçuş məsafəsinə malikdir və hədəfi vurma anındakı sürəti saatda 1000 kilometrdir.

“Heydər 1” hava qanadlı raketi
“Heydər 1” pilotsuz uçan aparatdan atış edə bilən ilk qanadlı raketdir.
İkinci nailiyyət helikopterdə daşınan pilotsuz uçuş aparatı olan “Heydər 2” kruz dronudur və bundan öncə onun 214-cü Hava Desant helikopterində quraşdırılan görüntüləri yayılmışdı.
