İranın xarici işlər naziri Əraqçi bildirib ki, İranın nüvə obyektlərinə dəyən ziyan az olmayıb və ciddi xəsarətlər aşkarlanıb, hazırda vəziyyət araşdırılır. Buna görə də, uğurlu danışıqların mümkün olub-olmadığını qiymətləndirmək üçün hələ tezdir.
Əraqçi həmçinin qeyd edib ki, hazırda ABŞ-la danışıqların bərpası ilə bağlı heç bir razılaşma yoxdur. Tehran diplomatik yolun öz maraqlarına uyğun olub-olmadığını qiymətləndirmə prosesindədir.