İran XİN sözçüsü konsorsium ideyasının İran daxilində uranın zənginləşdirmə proqramı üçün hüç vaxt alternativ ola bilməyəcəyini vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İsmail Bəqai bu gün (2 iyun) deyib: Tərəflər bizə belə bir çıxış yolu təqdim edərsə, biz bunu yaxşı qarşılayarıq və ortaqlıq üçün də heç bir problemimiz yoxdur. Amma bu ideya uranın zənginləşdirilməsi üçün alternativ ola bilməz. XİN sözçüsü əlavə edib: ABŞ tərəfi Tehranın nüvə proqramı ilə bağlı ehtimal olunan sövdələşmə çərçivəsində İrana qarşı sanksiyaların ləğvi barədə hələ zəmanət verməyib. Bu mövzu ilə bağlı ABŞ tərəfindən indiyədək heç bir izahat alınmayıb. İran xalqına qarşı tətbiq edilən amansız sanksiyaların necə aradan qaldırılacağı bizə tam aydın olmalıdır. Biz keçmiş təcrübənin təkrarlanmayacağına və həqiqətən də iqtisadi, bank və ticarət sahələrində sanksiyaların ləğvini görəcəyimizə əmin olmalıyıq.