İran XİN başçısı ABŞ prezidentinin son bəyanatlarına işarə edərək danışıqların yalnız qarşılıqlı mənafe və hörmət prinsipi ilə mümkün olduğunu vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Seyid Abbas İraqçı bu gün (5 may) X sosial media hesabında sionist rejimi dəstəklərinə davam edən Amerikanın bəzi diplomatik əlaqələrini pozmasına işarə edərək yazıb: Netanyahunun Qəzzədə qırıcı silahları ilə fələstinlilərin soyqırımına dəstək, Yəməndə müharibə alovuna od qatmaq Amerikalılar üçün heç bir fayda vermədi. Netanyahu həyasızcasına cinayətlərini davam etdirməklə yanaşı Amerika prezidenti Trampa İranla necə rəftar etmə yollarını göstərir. Bütün dünya Netanyahunun ABŞ dövlətinə birbaşa necə təsir etdiyini və müdaxilələrini yaxşı görür və bu həyasızlıqlar regionu başqa bir faciələrə sürükləyir.
İraqçı daha sonra deyib: Netanyahu Baydenin məğlubiyyətə uğramış dəstəsini hiyləgərcəsinə aldatdı və 23 milyard dollar amerikanın vergisini ələ keçirdi. Amma bu pul onun İran əleyhinə hər hansı bir səhvi üçün yetərli deyil.