İran İslam Respublikası xarici işlər nazirliyi Azərbaycan Respublikası səfirlik 4 əməkdaşını diplomatik statusa uyğun olmayan “Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə” Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edərək ölkədən çıxarıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Tehran və Təbriz şəhərlərində fəaliyyət göstərən 4 azərbaycanlı diplomatın ölkədən ixrac edilməsinin səbəbini Azərbaycan Respublikasının İran diplomatlarına qarşı rəftarının nəticəsi kimi elan edib.
Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi.
Azərbaycan Respublikası XİN rəsmisi ölkəsinə qarşı bu addımın bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirdiyini deyib.