İran XİN başçısı MAQATE ilə əməkdaşlığın davam etdiyini qeyd edərək bir sıra problemlərin həlli istiqamətində yeni planların araşdırıldığından xəbər verib.
Qafqaztimezin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Seyid Abbas İraqçi bu gün (13 mart) deyib: “İzzət, Hikmət və Məsləhət” prinsipləri əsasında yeni planlanlar üzərində işləyirik və MAQATE ilə əməkdaşlığın yeni dönəmi üçün bu ideyaların faydalı olacağını düşünürəm.
Trampın təzyiq siyasətinə İranın cavabını açıqlayan Əraqçi deyib: Qarşı tərəfin “maksimum təzyiq” göstərdiyi bir şəraitdə danışıqlara girsək, aşağı mövqedən danışıqlara girmiş olarıq və heç nəyə nail olmayacağıq. Bu, inadkarlıq və ya idealizm məsələsi deyil, təcrübə məsələsidir. Qarşı tərəfə təzyiq siyasətinin səmərəsiz olduğu sübut edilməlidir ki, biz bərabər şərtlərlə danışıqlar masasına əyləşək. Bizim səbr strategiyamız passiv səbrə deyil, təşəbbüslə birləşən səbrə əsaslanır. Bizdə ümumiyyətlə passiv siyasət yoxdur. Hətta mümkün nüvə danışıqları üçün planlarımız var. Danışıqlar dolayı yolla aparılır. Biz cənab Qrossi və MAQATE ilə işləyirik və araşdırdığımız məsələləri həll etmək üçün yeni ideya var.