İran XİN sözçüsü İran-ABŞ danışıqlarının 4-cü raundunda mütəxəssis ekspertlər qrupunun iştirakından xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İsmail Bəqai bu gün (10 may) Amerika ilə İranın qeyri-müstəqim müzakirələrinin 4-cü raundunda ekspertlərin iştirakını qeyd edərək deyib: Mən sadəcə mütəxəssis qrupun bu raundda iştirakı və sırf ölkəmizin mənafeyi uğrunda olacağı barədə məlumat verə bilərəm.
Bundan əvvəl də CNN telekanalı İran-ABŞ müzakirələrinin 4-cü raundunun Maskatta keçiriləcəyi və bu danışıqlarda iranlı ekspertlərin də iştirak edəcəyindən xəbər vermişdi. Belə ki, agah mənbələrdən alınan məlumata görə, sonrakı raundun yüksək rütbəli rəsmilər arasında keçiriləcəyi də qeyd edilmişdi.