İran 1 200 km uçuş məsafəsinə malik yeni “Ghassem Basir” ballistik raketini uğurla sınaqdan keçirib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İran İslam Respublikasının müdafiə naziri Əziz Nasirzadə bu gün (4 may) deyib Bu raket “1 200 km-dən çox məsafədən buraxılıb”, o, hədəfləri dəqiq aşkar edib zərərsizləşdirmək qabiliyyətinə malikdir və həmçinin müdaxilələrə qarşı dayanıqlıdır.
Nəsirzadə vurğulayıb ki, İran əhəmiyyətli raket ehtiyatına malikdir və ona qarşı təcavüz başladıldığı təqdirdə onları “tərəddüd etmədən və düşünmədən” tətbiq etməyə hazırdır. Təəssüflər olsun ki, ABŞ rəsmiləri bir tərəfdən danışıqların davamına israrlıdır. Amma digər tərəfdən İranı hədə altında saxlamağı da unutmurlar. İran isə öz hərbi inkişafını davam etdirir.