QafqazTimes xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Əfqanıstanda bir əhli-sünnə məscidində törədilən partlayışı pisləyib və bu terror aktının şəhidlərinə Allahdan rəhmət, sağ qalanlara isə Allahdan səbr və əcr diləyib.
O, son günlər Əfqanıstanda baş verən silsilə terror aktlarına toxunaraq, bu ölkədə zorakılıq və terrorun artmasının dərin narahatlıq doğurduğunu bildirib və deyib: “Ötən gün Məzari-Şərifdə şiə məscidinə terror hücumundan sonra Kunduz vilayətində sünni məscidinə qarşı edilən bu hücum Əfqanıstanda vətəndaş müharibəsi aparmaq istəyən əcnəbi muzdlu terrorçuların şər niyyətlərini açıq şəkildə göstərir.”