İslam İnqilabı Aliməqam Rəhbəri Əmək Həftəsi münasibətilə çıxışında “İstehsala kapital qoyluşu” şüarının icrasını vurğulayaraq fəhlə kəsiminin ən böyük sərmayə olduğunu və cəmiyyətin dayaqları adlandırıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Ayətullah Seyid Əli Xamenei bu gün (10 may) deyib: İran məhsullarının istifadə və istehlakı ölkədə mədəniyyətə çevrilməlidir. Təbii ki, mədəniyyət qurmaqla yanaşı, yerli malların keyfiyyəti də yüksəldilməlidir.
İnqilab Rəhbəri həmçinin bəzi daxili məsələləsrin Fələstin probleminin unudulmasına səbəb olmamasını vurğulayaraq bəyan edib: Allahın lütfkarlığl ilə Fələstin sionist işğalçılara qalib gələcək və bir neçə gün ərzində batil cərəyan sona çatacaq. Suriyada işğalçıların əməlləri İsrailin güclülüyünü deyil, zorakılıqla güclü göstərmək istədiyi zəifliyindən irəli gəlir.