Reuter xəbər agentliyi sionist rejimin İngiltərədəki səfirinin XİN-ə çağırılmasından xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İngiltərə XİN-i bu gün (20 may) İsrailin Londondakı səfirini çağıraraq Qəzzə müharibəsinin genişlənməsi barədə etirazını elan edib.
Məlumata görə, İngiltərə sionist rejimlə ticarət müqavilələrinə dair danışıqları də təxirə saldığını elan edib.
İngiltərənin XİN başçısı David Lammi İsrail rejiminin Qəzza zolağına yenidən hərbi təcavüzü və bu ərazi xalqına yardıma qoyulan məhdudiyyətləri tənqid edərək İordan çayı qərb sahilində sionist qəsəbə sakinlərinin son rəftarlarını pisləyərək Netanyahu dövlətinin bunu dayandırmaqda məsuliyyət daşıdığını deyib.