İngiltərənin xarici işlər naziri sionist rejimin Livanın cənub sərhədlərində yüzlərlə insanın öldüyü və minlərlə dinc əhalinin yaralandığı terror əməliyyatlarını pisləyərək Tel Əviv və Beyrutu uçurumdan uzaqlaşmalarını istəyib.
İRNA-nın məlumatına əsasən, David Lammi bu gün (26 sentyabr) BMT təhlükəsizlik Şurasındakı çıxışından sitat gətirdiyi sözləri X sosial media hesabında paylaşaraq iddia edib: Britaniya Livan müqaviməti ilə İsrail arasında dərhal atəşkəs bərqərar olmasını istəyir.
David Lammi deyib: Artıq iki ölkənin uçurumun bir addımlığından geri çəkilmə vaxtıdır.
Ötən gün Fransanın tələbi ilə BMT TŞ-dəki fövqəladə iclasda çıxış edən David Lammi deyib: Biz regionda irimiqyaslı müharibənin başlama təhlükəsindən danışırıq. Həqiqət budur ki, Qəzzə, İordan çayı qərb sahili, Livan və Qırmızı dənizdə vəziyyət həddən artıq gərgindir.