İngiltərənin Middle East internet portalının baş redaktoru siyasi məsələlər üzrə analitik Həmasın heç vaxt təslim olmayacağını vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, David Hirst dünən axşam (23 aprel) deyib: Həmasın təslim olması, Fələstin və Qəzzənin təslim olması mənasındadır. Ona görə də Həmas heç vaxt təslim olmayacaq.
David Hirst müqavimət qruplarının yeganə məqsədinin yalnız işğalçılığa son qoymaq olduğunu qeyd edərək əlavə edib: Qəzza zolağında 18 aylıq müharibənin, iki aylıq aclıq və qıtlıq yaşandığı bir halda, Qəzzadakı Həmas liderlərinin külli miqdarda pul alıb qaçdığına inam, İsrailin baş naziri Benyamin Netanyahunun Həmasla bağlı anlayışının olmadığını nümayiş etdirir. Həmas müharibənin əvvəlində iki şərtdən, yəni tərksilah edilməməsi, İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılması və müharibənin qəti şəkildə sona çatması şərtlərindən geri çəkilmədiyini dəfələrlə vurğulayıb.
Middle East Eye internet saytının baş redaktoru qeyd edib: Netanyahunun danışıqlar yolu ilə həllə nail olmaq yolunda əsas maneə olduğu dəfələrlə və açıq şəkildə vurğulanıb. Çünki o, Həmasla iki dəfə anlaşma imzalayıb və sonra birtərəfli qaydada razılaşmaları pozub.