İngiltərənin dəniz təhlükəsizliyini təmin edən Ambry şirkəti Ədən körfəzində bir ticarət gəmisinin batdığından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Ambry bu gün (22 iyun) səhər elan edib: Ticarət gəmisi Ədən körfəzinin 126 mil məsafəsində hücuma məruz qaldı və batdı.
Bundan əvvəl də Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri sionist rejim istiqamətində hərəkət edən gəmilərin bu körfəzdən keçməsinə icazə verilməyəcək və qanun pozuntusu qarşılığında gəmilər batırılacaq.
Ötən aylar da Yəmən silahlı qüvvələri Qəzzə xalqına dəstək və sionist rejimin Fələstin soyqırımına etiraz əlaməti olaraq Qırmızı dəniz və Babul Məndəb boğazından İsrail məqsədli gəmilərin keçməsinə maneələr yaradaraq onları hədəfə almışdı.
Yəmən müqaviməti sionist rejimin Qəzzə zolağına hücumlarını dayandırmadığı və fələstinlilərə qarşı qətl, cinayət və soyqırımını dayandırmadığı təqdirdə Qırmızı dənizdə sionistlərə dəstək olan ABŞ və İngiltərə koalisiyası ilə mübarizə aparacağına söz verib.