İranlı bir jurnalistin ilkin əldə etdiyi məlumata görə, sionist rejimə qarşı həyata keçirilən genişmiqyaslı kəşfiyyat əməliyyatı nəticəsində İranın ələ keçirdiyi sənədlər arasında aşağıdakı kritik məlumatlar yer alır. Bu məlumatlar hələ rəsmi təsdiqlənməyib:
– İsrailin növbəti 4 il üçün hazırladığı, məxfi və strateji nüvə silah proqramının yol xəritəsi,
– Nüvə, hərbi və sənaye obyektlərinin koordinatları və texniki məlumatları,
– ABŞ-dan alınacaq silahlarla bağlı idxal planı və bu silahların saxlandığı yerlərin xəritəsi,
– Ərəb dünyasında dörd əsas fiqura “İbrahim Razılaşmalarını” irəli aparmaq məqsədilə ödənilən yüksək məbləğli rüşvətlər,
– Bölgədə fəaliyyət göstərən 23 israilli casusun tam profilləri və əlaqə şəbəkələri,
– İsrailə məxsus 6 milyon Facebook, Instagram, Telegram və Twitter istifadəçisinə dair şəxsi məlumatlar,
– İsrailin məhkəmə sisteminə aid 400,000-dən çox məhkəmə və cinayət işi ilə bağlı məlumatlar,
– Baş nazir Benyamin Netanyahu və həyat yoldaşına dair şəxsi məlumatlar — tibbi sənədlər, hakim ifadələri və rüşvət işləri daxil olmaqla,
– Netanyahunun şəxsi ofisindən götürülmüş altı 4-terabaytlıq sərt disk və 1,720 ədəd məxfi sənəd,
– Şabakın (İsrail təhlükəsizlik xidməti) müxalifət üzərində apardığı izləmələr — yataq otaqları, vanna otaqları, mobil telefonlar və kompüterlərdən toplanmış görüntülər,
– İsrail şəhərləri və infrastrukturuna aid minlərlə yüksək keyfiyyətli hava çəkilişi,
– Ölkənin hərbi və təhlükəsizlik obyektlərindən götürülmüş 40,000 saatlıq müşahidə kamerası görüntüləri.
Bu iddialar, təsdiqləndiyi təqdirdə, sionist rejimin təhlükəsizlik infrastrukturuna ciddi zərbə kimi qiymətləndirilə bilər.