İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun növbəti səyyar görüşü rayonun Ruşan kəndində keçirilib.
Sosial mediada aktiv olan icra başçısı öz rəsmi səhifəsində daim məlumatlar və şəkillər paylaşır.
Lakin icra başçısının bu paylaşımlarına dair bəzi suallar meydana çıxır:
– Birincisi, vətəndaş qəbullarında ön sıralarda qəbula yazılan vətəndaş otumalı olduğu halda niyə məmur oturmalıdır?
– İkincisi, icra başçısı ilə qarşı-qarşıya oturan şəxsin mürgülədiyi yerdə fotosunun paylaşılması nəyə işarədir?
– Üçüncüsü, qəbulda bələdiyyənin təmsilçisi iştirak edibsə, sıralamada bu orqan da yazılmalı idi.
Hər halda icra başçısının bələdiyyələrə qarşı elə simpatiyası olmasa da, rayonun siyasi rəhbəri kimi bunu nəzərə almalı idi.

