İnsan Haqları İzləmə Təşkilatı fələstinlilərin hazırkı şəraitdə Qəzza zolağından çıxmaq istəmədiyini, onların məcburi miqrasiyasının beynəlxalq hüquqla qadağan edildiyi bir məsələ olduğunu elan edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Human Rights Watchın dünən (24 aprel) yayımladığı bəyanatda deyilir: İsrail rejimi könüllü miqrasiya adı altında, beynəlxalq ictimaiyyətin susqunluğunun kölgəsində Qəzzada yaşayan fələstinliləri zorla köçürmək cinayətini törədir. Hərbi zorakılığın üstünlüyü və beynəlxalq ictimaiyyətin öz öhdəliklərini yerinə yetirməməsi İsrailin fələstinlilərin kütləvi köçkünlük cinayətini “könüllü miqrasiya” adlandırmasına səbəb olub.
Bəyanatın davamında deyilir: Beynəlxalq ictimaiyyətin məsuliyyəti indi məcburi köçkünliyə qarşı çıxmaqla məhdudlaşmır. Amma bu cinayətin dayandırılmasını təmin etmək üçün təsirli və təcili tədbirlər görməlidir.