Livan Hizbullahı Qəzzə xalqına dəstək və İsrailin çərşənbə axşamı və çərşənbə günü Livanın müxtəlif bölgələrində vəhşicəsinə qətliamına ilkin cavab olaraq işğal olunmuş ərazilərə raket zərbələri endirib.
Qafqaztimes xəbər verir ki, Amerikanın “Axios” saytı təsdiqləyib ki, bu bazar günü səhər Hizbullah Hayfanın cənubundakı ərazilərə orta mənzilli raketlər atıb və hücum dairəsini xeyli genişləndirib.
Sionist rejimin 13-cü kanalı Hizbullahın bu raund hücumlarında əsas diqqətini hərbi bazalar, təhlükəsizlik və iqtisadi obyektlərə yönəltdiyini və xüsusilə Hayfa və Keriot bölgələrinə çoxlu ziyan vurduğunu və bunun 2006-cı ildən bəri misli görünmədiyini açıqlayıb.
Livan Hizbullahı Aşağı Cəlildə və Hayfanın şərqində geniş ərazilərə “ağır” raketlər ataraq, “Ramat David” hava bazası və “Rafael” şirkətinin hərbi sənaye komplekslərini hədəfə aldığını açıqlayıb.
Al-alam