Hizbullah Hərəkatının alirütbəli nümayəndəsi xarici və daxili qüvvələrin müqaviməti tərksilah etmə cəhdlərinə işarə edərək onların Livanı zəiflətmək və məhv etmək kimi məqsəd güddüyünü deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həsən İzzəddin bu gün (27 aprel) yad qüvvələrin Livanı məhv etmək kimi pis niyyətini açıqlayarkən deyib: Müqavimət və silah hər bir ölkənin milli təhlükəsizlik və müdafiə siyasət strategiyasıdır. Amma Livan xalqın vəhdəti, müqavimətin güclü dərk və qüdrəti sayəsində bu pis niyyətlərlə mübarizədə qalib gələcək.
Həsən İzzədin əlavə edib: Amerikanın Livanı tərksilah etməsinin səbəbi nədir? Nə üçün sionistlər Livanı silahsızlaşdırmaq üçün dəridən-qabıqdan çıxır? Nəyə görə bəzi amerikan-sionist planları Livanın tərksilahına can atır? Çünki onlar Livan müqavimətinin potensiallarını yaxşı bilir və vətənpərvər xalqın öz amallarına sədaqətdə israrlı olduğunu anlayırlar. Onların yeganə məqsədi bu amalların qarşısını almaq üçün Livanı tərksilah etməkdir.
Hizbullah nümayəndəsi vurğulayıb: 1982-ci ildə sionist rejim Beyrutu işğal etdikdə, vətəni azad etmək üçün meydançaya daxil olan və sionistləri geri itələyən müqavimət idi. İslami Müqavimət, Əməl Hərəkatı və Milli qüvvələrinin 18 illik mübarizə və fədakarlığından sonra biz Livanın cənubunu da sionist işğalçılardan azad edə bildik.