Livan müqavimət döyüşçüləri bir neçə dəqiqə əvvəl İsrail rejiminə (işğal altındakı Fələstinin şimalına) ağır raket zərbəsi endirib, iki sionist yaralanıb.
Qafqaztimes xəbər verir ki, Sionist rejimin mediası Livanın cənubundan işğal olunmuş Fələstinin şimalındakı İsrail mövqelərinə , o cümlədən Əl-Cəlilə raket hücumunun olduğunu təsdiqləyib.
Bu hücumdan sonra Kiryat Şmona və Beyt Hilleldə yanğınlar başlayıb.
Sionist rejimin bəzi KİV-ləri işğal olunmuş Fələstinin şimalında Dison və Ramot Naftali arasındakı yolda Hizbullahın hücumu nəticəsində iki sionistin yaralandığını bildirib.
Livan Hizbullahı verdiyi açıqlamada belə elan edib: “Katyuşa” raketləri ilə Beyt Hilleldəki Sahel batalyonunun qərargahını və düşmənin Dişondakı artilleriya mərkəzlərini hədəfə aldıq.
Sionist radiosu bu gün səhər saatlarından etibarən işğal altındakı Fələstinin şimalına, İsrail mövqelərinə 60 raket atıldığını açıqlayıb.
Mashregh