HƏMAS, İsrail tərəfindən dəstəklənən və Yasir Əbu Şababın rəhbərlik etdiyi Qəzza milis qrupunun 50-dən çox üzvünü öldürdüyünü bildirib. Milis tərəfindən yayılan bəyanatda qrup üzvlərinin “yardım karvanlarını qoruduqları və humanitar yardımın bölgədə paylanmasına nəzarət etdikləri” qeyd olunub. Onlar HƏMAS-ı humanitar yardımlara nəzarəti qorumaq məqsədilə hədəfli hücumlar təşkil etməkdə ittiham ediblər.
Bu açıqlama İsrail mediasında yer alan xəbərlərin fonunda yayılıb. “i24” kanalı İsrail ordusunun Əbu Şababın qrupuna birbaşa dəstək verdiyini və HƏMAS döyüşçüləri ilə toqquşan milisə yardım məqsədilə pilotsuz hava zərbəsi endirdiyini yazıb. Bu, İsrailin yalnız həmin milis qrupuna dəstək məqsədilə Qəzzada həyata keçirdiyi ilk hücum kimi qiymətləndirilir.
Digər tərəfdən, “Ynet” isə məlumat verir ki, milis HƏMAS-ın İsrailə əməkdaşlıqda şübhəli bilinən şəxsləri izləyən daxili təhlükəsizlik qüvvələrinin altı üzvünü öldürüb.