QafqazTimes xəbər verir ki, Məscidül-Həram zəvvarları bu gün səhər (cümə) Zilhiccə ayının 8-dən etibarən Ərəfat səhrasına hərəkətə başlayıblar.
Xəbər mənbələrinə görə, 850 min nəfəri Səudiyyə Ərəbistanı xaricindən bu ölkəyə gələn ümumilikdə bir milyon zəvvar Məscidül-həramdan 7 kilometr aralıda yerləşən “Mina vadisi” çadırlarında gecələyərək, Ərəfat səhrasına doğru yola düşüblər.
Ərəfat səhrasına yollanan zəvvarlar bütün günü orada qalaraq, Qurani-Kərim oxumaq və namaz qılmaqla məşğul olacaqlar.
Gün batdıqdan sonra zəvvarlar şənbə günü “Rəmyi Cəməratdan” (Şeytanı daşlamaq mərasimi) əvvəl açıq havada gecələmək üçün Ərəfat və Mina arasında yerləşən “Müzdəlifə”yə doğru gedəcəklər.