Haarets qəzeti Yəmənin dünənki raket hücumunun İsrailin Raketdən Müdafiə Sisteminin zəif olması barədə məqalə dərc edib.
İRNA-nın məlumatına əsasən, Haarets bugünkü (16 sentyabr) sayında Ənsarullah Hərəkatının hipersəs raketi ilə hücumunun perspektivlərini araşdıraraq bu əməliyyatın İsrail üçün biabırçılıq olduğunu və RMS-nin zəifliyinin sübutu nəticəsinə gəlib.
Məlumata görə sionist rejim daxilli təhlükəsizlik məsələləri üzrə tədqiqat mərkəzi də bu zəmində Yəmənin fövqəladə modern raketlərinin potensialları barədə araşdırmanın nəticəsi olaraq İsrailin mühafizə cəhətdən yararsızlığını etiraf edib.
Bu mərkəzin məlumatına görə Ənsarullahın indiyə qədər İsrailə hücumlarında nümayiş etdirdiyi dronları ilə bərabər Yəmənin raket qüdrəti Tel Əviv üçün böyük təhlükədir.