Haarets qəzeti ABŞ prezidentinin Qəzzə planının Misir və İordaniya ilə əvvəllər bağladığı sülh sazişini təhlükəyə salması barədə sazişi təhlükəyə atması barədə xəbərdarlıq edib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Haarets bugünkü (13 fevral) sayında yazıb: Trampın fələstinlilərin deportasiya planı siyasi baxımdan qüsurlu bir layihədir. İsrail ordusunun Qəzzadan 2 milyon insanı Misirə, İordaniyaya və bəzi başqa ölkələrə köçürməsi, sonra isə bu yaşayış olmayan ərazini ABŞ-a təhvil verərək onu tikinti sahəsinə çevirməsi və Yaxın Şərqdə “Amerika Rivierası” qurması fikri tamamilə real olmayan fikirdir.
Haarets əlavə edib: Bu layihə xəyalpərəst olmaqla bərabər, İsrailin Misir və İordaniya ilə bağladığı sülh sazişi üçün çox böyük bir təhlükədir. Trampdan fərqli olaraq İsrail Qəzzə xalqı Misirə köçürülərsə, sərhəddə regional münaqişə, İordaniya ilə isə Tel Əviv hökumətinin dağılmasına səbəb olacağını yaxşı bilir.
Haaretsin məqaləsinə görə bu plan icra olunarsa, Netanyahunun imzaladığı Misir və İordaniya ilə bağlanmış sülh sazişi İbrahim razılaşmasının da pozulması ilə nəticələnək və Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin normallaşması məsələsini də tamamilə məhv edəcək.
Haarets bu faktlardan sonra ABŞ prezidenti Donald Trampın bu layihəsinin yerinin tarixin zibil yeşiyindən başqa bir yeri olmadığını da qeyd edib.