Haaqa Beynəlxalq Məhkəməsi İsrailin Qəzza zolağının Rəfah şəhərinə hücumunu dərhal dayandırmağa qərar verib.
Əl Aləm telekanalının məlumatına əsasən, bu gün (25 may) BƏM-in 15 hakimindən 13-ü bunun lehinə, ikisi əleyhinə səs verib.
Məlumata görə Cənubi Afrikanın prezidenti deyib:
Yanvar ayında Haaqa məhkəməsi İsraildən fələstinlilərin soyqırımının qarşısını almaq üçün tədbirlər görməyi, soyqırım çağırışlarına yol verməməyi, Qəzzada törədilən mümkün cinayətlərin sübutlarını məhv etməməyi, həmçinin Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək etməyi tələb etdi. Amma o, İsrailin Qəzza zolağında Həmasa (ABŞ və Aİ tərəfindən terrorçu kimi tanınan) qarşı hərbi əməliyyatının tam dayandırılmasını tələb etmədi. Hazırkı qərar bütün sektora yox, konkret olaraq Rəfaha aiddir.
İsrail isə Həmas təhlükəsinə qarşı özünü müdafiə etmək hüququna malik olduğunu israr edir.